İlham Əliyev Rusiyaya səfər edəcək
“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına həmişə önəm verib”.
Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Parlamentin komitə sədri bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyi şübhəsizdir:
“Prezident İlham Əliyev keçən il dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən də Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdı. Görüşdə ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunmuş, iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilmişdi. Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdı. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində də bildirmişdi ki, Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Prezident eyni zamanda növbəti dövrdə Rusiya ilə əlaqələrimizin rəsmən daha yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu vurğulamışdı. Başqa sözlə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qarşıdan gələn dövrdə Rusiya ilə münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldiləcəyinin anonsunu vermişdi”.
Z. Əsgərov bu həftə Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfər edəcəyi barədə Rusiya mətbuatında yayılan məlumata da toxunub:
“Bu həftə Prezident İlham Əliyevin Rusiyaya səfəri barədə yayılan xəbər yenilik deyil, bu səfərin çoxdan planlaşdırıldığı məlumdur. Çünki rəsmi səfərlər öncədən planlaşdırılır, səfərin gündəliyi, müzakirəyə olunacaq məsələlər müəyyənləşdirilir. Səfər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə dair sənədlər imzalana bilər. Elə bunun özü də səfərin uzun müddətdir, planlaşdırıldığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























