"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 50% artıb
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2021-ci ili 47 milyon 125 min lirə (6 milyon 126 min manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 50,2% çoxdur.
Ötən il "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 219 milyon 309 min lirə (28 milyon 510 min manat, illik müqayisədə 69% çox), faiz xərcləri 106 milyon 394 min lirə (13 milyon 831 min manat, 97,6% çox), haqq və komissiya gəlirləri 10 milyon 285 min lirə (1 milyon 337 min manat, 2,5 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 20 milyon 516 min lirə (2 milyon 667 min manat, 3,75 dəfə çox), inzibati xərcləri 28 milyon 442 min lirə (3 milyon 697 min manat, 17,2% çox), digər gəlirləri 11 milyon 155 min lirə (1 milyon 450 min manat, 23,1% çox), digər xərcləri 24 milyon 780 min lirə (3 miylon 221 min manat, 4,35% çox), xüsusi ehtiyatlara ayırmaları 37 milyon 459 min lirə (4 milyon 870 min manat, 8,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 17 milyon 65 min lirə (2 milyon 218 min manat, 59,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 3 milyard 562 milyon 553 min lirə (463 milyon 132 min manat) olub ki, bu da illik müqayisədə 63,5% çoxdur. Bunun 2 milyard 216 milyon 450 min lirəsi (288 milyon 139 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 60,1% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 82,8% artaraq 2 milyard 955 milyon 573 min lirəyə (384 milyon 224 min manat), balans kapitalı isə 7,9% artaraq 606 milyon 980 min lirəyə (78 milyon 907 min manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (65 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,13 manat
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Renkinq
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 5 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
13 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)






.jpg)




