İraq neft və qaz yataqlarının işlənməsi üçün Halliburton və Saudi Aramco ilə danışıqlar aparır
İraq hökuməti neft və qaz yataqlarının işlənməsi üçün Amerikanın Halliburton korporasiyası və Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco ilə danışıqlar aparır.
Marja xəbər verir ki, İraqın neft naziri İhsan Abdel Caber çərşənbə axşamı Bloomberg-ə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Bağdad Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan Anbar əyalətində neft və təbii qaz ehtiyatlarının işlənməsi və istismarına Halliburton-u cəlb edəcək.
“Saudi Aramco” ilə danışıqların məqsədi İraqın ən böyük qaz yatağı olan və təsdiqlənmiş ehtiyatları 158,5 milyard kubmetr olan Akkasın işlənməsi ilə bağlı layihələri maliyyələşdirməkdir.
Abdel Caber qeyd edib ki, “Akkaş” yatağında planlaşdırılan təbii qaz hasilatı həcmləri daxili bazarın tələbatını qismən ödəyəcək və elektrik enerjisi istehsalında neftin payını azaldacaq. O, həmçinin vurğulayıb ki, 2011-2014-cü illərdə yatağın işlənməsini həyata keçirmiş Cənubi Koreyanın “Kogas” qaz şirkəti artıq layihədə iştirak etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























