Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İri avtomobil istehsalçısı zavodunun Rusiyadan köçürülməsini nəzərdən keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri avtomobil istehsalçısı zavodunun Rusiyadan köçürülməsini nəzərdən keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İri avtomobil istehsalçısı "Stellantis" zavodunu Rusiyadan köçürməyi və ya mümkün sanksiyalara görə istehsalı azaltmağı düşünür.

Marja xəbər verir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşr Konsernin rəhbəri Karlos Tavaresdən sitat gətirib: "Əgər zavodu ehtiyat hissələri ilə təmin edə bilməyəcəyimiz halda, ya bu istehsalı başqa ölkələrə köçürmək, ya da məhdudlaşdırmaq məcburiyyətində qalacağıq".

WSJ-nin yazdığına görə, bu, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ABŞ və müttəfiqlərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi mümkün sanksiyalar ilə bağlı olaraq nəzərdən keçirilir.

"Stellantis" Qrupu "Peugeot S.A"nın "Fiat Chrysler Automobiles N.V." (FCA) ilə birləşməsi nəticəsində yaranıb. Şirkət 130-dan çox dünya bazarında mövcuddur, 30-dan çox ölkədə sənaye müəssisələrinə malikdir və 400 mindən çox işçini birləşdirir.

Rusiyada "Stellantis" qrupu Peugeot, Citroen, Opel, Eurorepar, Eurorepar Car Service, Jeep, Fiat Professional, Mopar markaları ilə təmsil olunur, həmçinin Rosva sənaye klasterində (Kaluqa bölgəsi) istehsal sahəsi var.

24.02.2022 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18