"NATO Ukraynaya qoşun göndərməyəcək"
Ukraynaya hücum uzun müddətdir planlaşdırılmış, məqsədli işğaldır.
Bunu NATO Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Qitəmizdə sülh pozulub, bu, Avropanın təhlükəsizliyi üçün ağır zamandır.
Biz Rusiyanın Ukraynaya hücumunu ən qəti şəkildə pisləyirik. Bu, suveren, müstəqil və sülhpərvər ölkəyə hücumdur.
Rusiyanı dərhal hərbi əməliyyatları dayandırmağa, ordusunu Ukrayna torpaqlarından geri çəkməyə çağırırıq”, - Baş katib vurğulayıb.
Stoltenberq Rusiyanın öz gücünü tarixi yenidən yazmaq üçün istifadə etdiyini, bu ölkənin rəhbərliyinin Ukraynanın müstəqil və azad keçmişini inkar etdiyini deyib.
NATO Baş katibi bildirib ki, bu gün Şuranın iclası bloka üzv bəzi ölkələrin istəyi ilə çağırılıb, hansı ki bu ölkələr təhdid hiss edir: “NATO-nun əsas missiyası öz müttəfiqlərini qorumaqdır. Yanlış hesablamalara və yanlış anlaşılmalara yol verilməməlidir. Birinə hücum hamıya hücum deməkdir. Bu bizim kollektiv təhlükəsizliyimizdir”.
Onun sözlərinə görə, son həftələrdə minlərlə hərbçi alyansın şərq qanadına yerləşdirilib, hazırda 100-dən çox hərbi təyyarə NATO-nun hava məkanına nəzarət edir, 120-dən çox gəmi hazır hazırlıq vəziyyətindədir.
NATO Baş katibi deyib ki, Kreml təsir dairəsi yaratmaq, dünyanın qaydalara əsaslanan düzənini dəyişmək istəyir və Rusiya bu addımlarına davam etdikcə ağır nəticələrlə üzləşəcək.
Stoltenberq NATO-nun Ukraynaya qoşun yeritmək fikrində olmadığını da diqqətə çatdırıb: “Bizim Ukraynaya NATO qoşunlarını göndərmək planımız yoxdur. Bizim etdiyimiz iş müdafiə xarakteri daşıyır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















