Azərbaycanda fiskal öhdəliklər üzrə müsbət trendin əsas amilləri açıqlanıb
2021-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8,5 mlrd. manat daxil olub. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6%, əvvəlki illə müqayisədə isə 15,5% çox olub.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, vergi daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildə 32,3% təşkil edib.
"Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən 2,4% çoxdur. Xüsusilə önəmlidir ki, fiskal öhdəliklər üzrə müsbət trendin əldə edilməsi qiymət dinamikasının təsirləri ilə deyil, daha çox pandemiya sonrası iqtisadi bərpanın başlaması və istehlak tələbinin artması hesabına baş verib. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makro-iqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, iqtisadiyyatın əksər sektorlarında müşahidə olunan artım prosesi, xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7%-i aşan artım tempi bu sektorun fiskal göstəricilərində öz əksini tapıb", - deyə O. Nəzərli qeyd edib.
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat sonra
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)









