Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Ukraynada Azərbaycana məxsus 30-a yaxın yük avtomobili qalıb" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ukraynada Azərbaycana məxsus 30-a yaxın yük avtomobili qalıb" - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ukraynada münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus 30-a yaxın yük nəqliyyat vasitəsi var ki, onlar beynəlxalq yükdaşımaları icra edir".

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

O bildirib ki, ABADA yükdaşıyıcı şirkətlərdən həmin sürücülər və nəqliyyat vasitələri ilə bağlı bütün məlumatları əldə edib:

"Hazırda ABADA-nın nəzdində yaradılan xüsusi komissiya həmin sürücülərlə gündəlik əlaqədədir və onların qayğıları, problemləri ilə maraqlanılır. Qeyd etmək istəyirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA olaraq bu işlərlə koordinasiyalı şəkildə məşğuluq və aidiyyəti qurumlar vasitəsilə həmin sürücülərin digər ölkələr vasitəsilə çıxarılaraq Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Azərbaycana məxsus yük nəqliyyat vasitələri daha çox paytaxt Kiyevdə, Odessada və Xarkov şəhərləri ətrafında cəmləşib. Onu da əlavə edək ki, sürücülər arasında hər hansısa bir xəsarət faktı qeydə alınmayıb, onlar sağ-salamatdırlar" - deyə o qeyd edib.

KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya

APA

26.02.2022 18:45
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18