Neftin qiymətində 2012-ci ilin martından bəri bir ilk - KƏSKİN BAHALAŞDI
Brent markalı neftin qiyməti 2012-ci ilin martından bəri ilk dəfə bir barel üçün 128 dolları ötüb. Gecə Brent nefti 17,8% bahalaşma ilə 139 dolları da test edib.Bakı vaxtı ilə saat 03:02-də Brent markalı neftin bir barelinin qiyməti 17,8% bahalaşaraq 139 dolları görüb. Sonra qiymət bir qədər geriləyib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 06:07-də ICE London birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılma şərti ilə fyuçerslərinin qiyməti 9,03% arımla 128,78 dollar təşkil edib. Brent neftinin qiyməti sonuncu dəfə 2012-ci ilin martında 128 dollar/barel həddini keçib.
WTI markalı neftin fyuçerslərinin qiyməti 8,73% artaraq bir barelə görə 125,78 dollar olub.
Bahalaşma ABŞ dövlət katibi Antoni Blinkenin Avropalı müttəfiqləri ilə Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiklərini bildirməsindən sonra baş verib.
Rusiyaya neft embarqosu planları
ABŞ dövlət katibi Antoni Blinken avropalı müttəfiqləri ilə Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiklərini açıqlayıb.
Amerikanın NBC kanalında çıxış edən Blinken qiymətlərin artdığı günlərdə Rusiyadan neft idxalına qadağa qoyulmasını müzakirə etdiklərini bildirib.
"Biz avropalı tərəfdaşlarımızla Rusiyanın neft satışının qadağan edilməsini fəal şəkildə müzakirə edirik. Lakin biz qlobal neft tədarükünün sabit saxlanılması məsələsini də müzakirə edirik", - Blinken bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)






