"A-Qroup" Sığorta Şirkətinin xalis mənfəəti 3 dəfəyə yaxın azalıb
“A-Qroup“ Sığorta Şirkəti ASC-nin 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 2,8 dəfə azalaraq 1 milyon 13 min manat təşkil edib. Şirkət 2020-ci ili 2 milyon 813 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, xalis mənfəətin azalması əsasən cəmi xərclərin, o cümlədən sığorta ödənişlərinin artmasından qaynaqlanır. Belə ki, 2020-ci ildə “A-Qroup”un cəmi gəlirləri 19,1% artaraq 20 milyon 528 min manat, cəmi xərcləri isə 40,4% artaraq 19 milyon 262 min manat təşkil edib.
2020-ci illə müqayisədə 2020-ci ildə “A-Qroup “ Sığorta Şirkətinin heabladığı sığorta haqları 2 milyon 18 min manat və ya 11,8% artaraq 19 milyon 72 min manat, sığorta ödənişləri isə 3 milyon 264 min manat və ya 38,5% artaraq 11 milyon 740 min manat təşkil edib.
“A-Qroup “ Sığorta Şirkəti ASC 1995-ci ildə yaradılıb və 100% milli şirkətdir. "A-Qroup" Sığorta Şirkəti tibbi sığorta, bədbəxt hadisələrdən fərdi sığorta, əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, xarici səfərlər zamanı sığorta, peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Şirkətin fəaliyyətinin başlıca istiqamətini isə tibbi sığorta təşkil edir. Uzun illərdir ki "A-Qroup" Sığorta Şirkəti Azərbaycan sığorta bazarında könüllü tibbi sığorta üzrə liderliyi əldə saxlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















