“AS Group Investment” Vətən Müharibəsi qazisinə mənzil hədiyyə etdi - FOTOLAR

Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda canından keçib şəhid olan igidlərimizin ailələrinə, sağlamlıqlarını bu yolda itirən qazilərə dövlət dəstəyi ilə yanaşı özəl sektor da öz qayğısını əsirgəmir. Həm 44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək olan, həm müharibədən sonra şəhid və qazilərin ailələrinə vaxtaşırı olaraq dəstək göstərən şirkətlərdən biri “AS Group Investment” Novruz bayramı ərəfəsində daha belə bir təşəbbüs həyata keçirib.
Belə ki, “AS Group Investment” şirkətlər qrupu 44 günlük Vətən Müharibəsində igidlik göstərən, müharibənin bitməsinə bir gün qalmış Şuşa ətrafında əsir düşən və bu zaman düşmənə verdiyi cavabla məşhurlaşan qazi Amin Musayevə Novruz bayramı ərəfəsində mənzil hədiyyə edib. Ötən gün martın 18-də şirkət əməkdaşları Amin Musayev və onun anası Hicran xanıma mənzilin sənədlərini və açarlarını təqdim ediblər. “AS Group Investment” şirkətinin qazi Amin Musayevə hədiyyə etdiyi mənzil şirkətlər birliyinə daxil olan “AS Tikinti” MMC tərəfindən inşa edilən Göl-Park Yaşayış Kompleksində yerləşir.
Müharibədə aldığı yara səbəbindən uzun müddətli reabilitasiya kursu keçməli olan Amin Bakıda kirayə mənzildə qalırdı. “AS Group Investment” qaziyə dəstək olaraq yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ona tam təmirli mənzil hədiyyə edib.
İgid qazimizin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüsdə daha bir şirkət iştirak edib. “ALFA –R Engineering” MMC şirkəti mənzili mebel və bütün zəruri məişət əşyaları ilə təmin edib.
Qeyd edək ki, “ALFA –R Engineering” 2003-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Şirkət mövcud olan bütün iqlim, isitmə, su təhcizat, yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması, layihələndirilməsi və servis xidmətilə məşğuldur.
Vətən Müharibəsi başladığı gündən döyüşlərə qatılan Amin Musayev 8 noyabr 2020-ci ildə Xankəndi yaxınlığında ağır yaralanıb və yaralı halda düşmən tərəfindən əsir alınıb. O, düşmənə əsir düşərkən Azərbaycan əsgərinə layiq cəsarəti ilə hər kəsin sevimlisinə çevrildi. Belə ki, düşmən əsgərləri yaralı Amini Şuşa ətrafında aşkar edib əsir alanda onu söymüşdülər, amma Amin onların söyüşünü necə lazımsa özlərinə qaytarmışdı və rusiyalı hərbi müxbir tərəfindən çəkilmiş bu kadrlar həmin vaxtlar sosial şəbəkələrdə yayılmışdı. Amin Ali Baş Komandan İlham Əliyevin göstərdiyi səylər sayəsində həmin il dekabrın 12-də əsirlikdən azad olunaraq Vətənə qaytarılmışdı.
Qeyd edək ki, özünün vətənpərvərliyi və Korporativ Sosial Məsuliyyəti ilə seçilən “AS Group Investment” şirkəti 2021-ci ilin mart ayında Mingəçevirdə şəhid çavuş Niyazi İsgəndərovun ailəsinə həmin şəhərdə inşa etdiyi “Park Residence” Yaşayış binasından, elə həmin ilin sentyabr ayında isə şəhid Mehman Qənbərovun ailəsinə “Park-Göl” Yaşayış Kompleksindən 3 otaqlı mənzil hədiyyə edib. Şirkət Vətən Müharibəsi başlayandan etibarən ordumuza bütün mümkün dəstəyi göstərib, Silahlı Qüvvələrə Yardım Fonduna, daha sonra “Yaşat” fonduna ianələr ayırmaqla özünün xalqımız, dövlətçiliyimiz qarşısındakı məsuliyyət hissini nümayiş etdirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
3 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
5 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
