Yoxlamalar təkmilləşdiriləcək
Kiçik və Orta Sahibkarlıq (KOS) sahəsində aparılan yoxlamaların sayının azalması və KOS subyektlərinin rəqabət qabiliyyətinin artırılması məqsədilə mütəmadi olaraq bu sahədə aparılan yoxlamaların monitorinqi və qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı, yoxlamaların KOS subyektlərinin fəaliyyətinə təsirinin təhlili aparılmaqla, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin artırılması imkanları nəzərdən keçiriləcək və müvafiq təkliflər hazırlanacaq.
Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.
KOS subyektlərində yoxlamaların təkmilləşdirilməsi üçün bir sıra əlavə tədbirlər görüləcək və qərarlar qəbul ediləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların, qanunda nəzərdə tutulduğu kimi, risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. Belə ki, KOS subyektlərinə göndərilən səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək.
Sənəddə deyilir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə vergi islahatları davam etdiriləcək və bu islahatlar zamanı əsas diqqət KOS subyektlərinə yönəldiləcək. Vergilər Nazirliyi tərəfindən vergi dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi və KOS-un dinamik inkişafı məqsədilə KOS nümayəndələri, biznes assosiasiyaları, ictimai təşkilatlar da cəlb edilməklə məsləhətləşmələr aparılacaq.
Azərbaycanın vergi siyasətində əsas diqqət əməkhaqlarına, habelə KOS subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə yönəldiləcək.
Son illərdə lisenziyalaşdırma ilə əlaqədar həyata keçirilmiş tədbirlərin davamı olaraq lisenziyaların elektron qaydada verilməsi stimullaşdırılacaq, ölkə xaricində verilmiş lisenziyaların Azərbaycanda tanınması, ekvivalentliyinin təmin edilməsi mexanizminin yaradılması nəzərdən keçiriləcək. Bu tədbirin həyata keçirilməsi KOS subyektlərinin beynəlxalq bazarlara inteqrasiyasına mühüm şərait yaradacaq. Əlavə olaraq, xarici lisenziyaların Azərbaycanda tanınması xarici şirkətlərin Azərbaycanda nümayəndəlik, filial və şöbələrinin açılmasına birbaşa təsir göstərəcək və xarici investisiya qoyuluşlarını artıracaq.
Eyni zamanda, KOS subyektlərinin müvafiq qaz, su və elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək.
KOS subyektlərinin istehsal etdikləri məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi və sadələşdirilməsi davam etdiriləcək. Bu sahədə fəaliyyət göstərən orqanların vahid sertifikatlaşdırma sistemində birləşdirilməsi KOS subyektləri üçün əlavə inzibati yükün əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq. Zəruri sertifikatların bütün məlumatları əks etdirən vahid sənəddə birləşdirilməsi və bunun üçün bir müraciətin olması imkanları nəzərdən keçiriləcək.
Həyata keçiriləcək islahatlar nəticəsində KOS subyektlərində dövlət orqanlarının apardıqları yoxlamalar daha da optimallaşdırılacaq və KOS-un dinamik inkişafı üçün daha əlverişli şərait yaranacaq. Həmçinin KOS subyektlərində aparılan səyyar vergi yoxlamalarının sayı məhdudlaşdırılacaq və elektron audit metodu tətbiq ediləcək. Vergi islahatlarının davamlılığı KOS subyektlərinin rəqabət qabiliyyətini daha da artıracaq, xüsusilə yeni yaranan müəssisələrin dayanıqlılığına müsbət təsir göstərəcək, ölkədə xarici şirkətlərin nümayəndəliklərinin açılmasını təşviq edəcək və iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar cəlb edilməsi üçün daha əlverişli şərait yaranacaq. KOS subyektlərinin kommunal xidmətlərə rahat və tez qoşulmaları onların bu sahədə xərclərini azaldacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)








.jpg)



