Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!
(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə Azercell özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.
Kampaniyanın şərtlərinə əsasən, 9 aprel - 2 may 2022-ci il tarixlərində Azercell fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri Aylıq İnternet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya GəncOL 6/9 tariflərindən birinə qoşulmalıdır. Təqdim olunan paketdən 2 may tarixinə qədər 02:00 -06:00 saatları arasında istifadə etmək mümkündür.
Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom” MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az
Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən Azercell şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
4 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
5 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
5 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
10 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir






















