Almaniyada, Rusiyadan enerji təchizatının dayandırılması halında mümkün itkilər 220 milyard avro olaraq qiymətləndirildi
Almaniyanın aparıcı iqtisadi qurumlarının ekspertləri xəbərdarlıq ediblər ki, 2022 və 2023-cü illərdə Rusiyadan enerji tədarükün dayandırılması halında ümumi daxili məhsul itkisi illik istehsal həcminin 6,5%-dən çoxunu təşkil edə bilər.Rusiya Federasiyasından enerji təchizatı dayandırıldıqda Almaniyanın ümumi itkiləri 2022-2023-cü illərdə təxminən 220 milyard avro (238,2 milyard dollar) təşkil edə bilər.
Marja xəbər verir ki, bu qənaətə Almaniyanın aparıcı iqtisadi qurumlarının, o cümlədən İqtisadi Tədqiqatlar İnstitutunun (Berlin), Ifo İnstitutunun (Münhen), Dünya İqtisadiyyatı İnstitutunun (Kiel) və İqtisadiyyatın Öyrənilməsi İnstitutunun (Essen) ekspertləri gəliblər. Onlar çərşənbə günü ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hesabat təqdim ediblər.
"2022 və 2023-cü illərdə Rusiyadan tədarükün dayandırılması halında ümumi daxili məhsul itkisi illik istehsalın 6,5%-dən çoxunu təşkil edə bilər", ekspertlər xəbərdarlıq edir.
Kieldə yerləşən Dünya İqtisadiyyatı İnstitutunun tədqiqat rəhbəri Stefen Koetz, "Qaz təchizatı dayanarsa, Almaniya iqtisadiyyatı ciddi tənəzzüllə üzləşəcək" deyib.
Çərşənbə günü səhər saatlarında Almaniyanın aparıcı iqtisadi qurumları Ukraynada baş verən hadisələr fonunda 2022-ci ildə ölkə iqtisadiyyatının bərpası ilə bağlı proqnozlarını aşağıya doğru yeniləyiblər. Onların proqnozuna görə, bu il Almaniyanın ÜDM-i cəmi 2,7% artacaq, inflyasiya isə 6,1% olacaq. Payızda ekspertlər 2022-ci ildə ÜDM artımının 4,8%-ə çatacağını güman edirdilər. Eyni zamanda, ekspertlər, əksinə, 2023-cü il üçün iqtisadi canlanma proqnozunu yuxarıya doğru düzəldiblər. Belə ki, onların hesablamalarına görə, gələn il Almaniyanın ÜDM-i 3,1% artacaq. Əvvəllər artımın cəmi 1,9% olacağı güman edilirdi.
Almaniyanın Rusiya qazından təcili imtina edə bilməyəcəyini həm alman ekspertləri, həm də siyasətçilər deyir. Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin rəsmi proqnozuna görə, Rusiya Federasiyasından qazdan tam müstəqilliyə 2024-cü ilin yayına qədər nail olunacaq. Bu il kömür və neft tədarükünün dəyişdirilməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
9 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
10 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə





















