Bu il ilk dəfə Bakı Su İnnovasiya Forumu keçiriləcəkdir!
Bu il ölkəmizdə ilk dəfə Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) 17 may 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da keçiriləcəkdir.
Sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmiş tədbirdə 200 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı gözlənilir.
Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə mühitindən ibarət olacaqdır.
“AquaLink” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək bu forumda 3 panel olmaqla, hər panel üzrə yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxış edəcəyi tədbirdə aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir.
Bundan əlavə, tədbir zamanı şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcəkdir.
17 may 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da baş tutacaq və gün boyu (09:00-19:00) davam edəcək “Water İnnovation Forum Baku” tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytı (www.wifbaku.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz. Forumda iştirak sayı limitli və ödənişsizdir.
Facebook: https://www.facebook.com/WIF-BAKU-112278001445464/?ref=pages_you_manage
Instagram: https://www.instagram.com/wifbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















