3 ay ərzində 1 milyona yaxın sorğu!
Fasiləsiz çalışan Azercell-in Əlaqə Mərkəzi müştəri məmnuniyyətini 93%-ə çatdırdı(®) Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən “Azercell Telekom” MMC bu istiqamətdə fəaliyyətini davam etdirir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən şirkətin yeni məqsədi rahat və innovativ həllər vasitəsilə abunəçilərin həyat keyfiyyətini yaxşılaşdırmağa fokuslanır. Hazırda Azercell müraciətlərin vaxtında və effektiv formada cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin edir.
Qeyd edək ki, müasir dövrün tələbatına uyğunlaşan və hətta bir addım öndə olaraq ən yeni tendensiyaları tətbiq edən Azercell rəqəmsal kanallar üzərindən göstərdiyi xidmət çeşidinin genişləndirilməsinə xüsusilə diqqət ayırır. Təkcə son 3 ay ərzində şirkətə onlayn kanallar vasitəsilə 250 000-dən çox müraciət daxil olub və bunlardan təxminən 38 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.
“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.
Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.
Azercell Müştəri Xidmətləri sahəsində həyata keçirdiyi yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Bu sahədə ölkəmizdə örnək olan Azercell fəaliyyət dövrü ərzində “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq” sertifikatına, eləcə də “ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar” və “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatlarına layiq görülmüşdür.
Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















