Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Yelo Bank" biznes kreditləri portfelini daha çox artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yelo Bank" biznes kreditləri portfelini daha çox artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2022-ci ilin ilk rübündə "Yelo Bank" ASC kredit portfelini (müştərilərə verilmiş kreditlər) artırıb.

Marja.az xəbər verir ki, ilk rübdə müştərilərə verilmiş kreditlər 26 milyon 272 min manat artaraq 472 milyon 310 min manata çatıb. ötən ilin sonunda Bankın cəmi kredit portfeli 446 milyon 38 min manat təşkil etmişdi.

O cümlədən, Bankın biznes kreditləri portfeli 23 milyon 247 min manat artaraq 281 milyon 909 min manata, istehlak kreditləri portfeli 7 milyon 458 min manat artaraq 119 milyon 10 min manata çatıb, ipoteka kreditləri portfeli isə 4 milyon 432 min manat azalaraq 71 milyon 390 min manata düşüb.

Xəbər verdiyimiz kimi, filial şəbəkəsini genişləndirən Yelo Bank 2022-ci ilin 1-ci rübnü 466 min manat əməliyyat zərəri ilə bağlayıb. Belə ki,  2022-ci ilin 1-ci rübündə Yelo Bank-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 19 milyon 782 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 20 milyon 248 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Yelo Bankın 466 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 811 min manatın hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 345 min manat xalis mənfəəti yaranıb.

Yelo Bankın depozitlər üzrə faiz xərclərinin və əməkhaqqı xərclərinin kəskin artdığı diqqəti çəkir. Yelo Bank yüksək əmanət faizləri təklif edən banklardan biridir.  

27.04.2022 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18