Fərdi şəxsi hesabınıza nəzarət edirsinizmi? - Gələcəkdə Sizə daha az pensiya hesablana bilər
Fərdi şəxsi hesab nədir ?
Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.
Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:
- əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti ;
-məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün) ;
-işsizlikdən sığorta ödənişi ödənildiyi müddətlər ;
-məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət;
-əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.
-sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;
-fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;
-fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;
-sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.
Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilməlidir.
Fərdi şəxsi hesabdakı məlumatları necə öyrənmək olar
Fərdi şəxsi hesablarında əks olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı , pensiya kapitalı barədə məlumatları www.mygov.az saytında qeydiyyatdan keçməklə asanlıqla öyrənmək olar .
www.mygov.az saytında qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və adınıza mobil nömrənin olması tələb olunur.
Fərdi hesabda toplanmış məbləğlərlə bağlı bir məqama diqqət yetirmənizi tövsiyyə edərdik.
Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı arasındakı faiz nisbətlərini müqayisə etmək faydalı olar. Çünki bəzi hallarda 2006-2016-cı illər üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqları (m.d.s.s.h) üzrə sığortaolunanlar haqqında məlumat “ larda ( B 3) hesablanmış və ödənilmiş m.d.s.s.h arasında uyğunsuzluqlar olur. Qalıq məbləğlər növbəti ildə ödənilə bilər, lakin bəzi hallarda ödənişlərin natamam olması öz əksini tapır.
Təcrübədə elə hallara rast gəlinir ki , müəsssisə üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı tam olaraq ödənilmişdir. Lakin hesabat məlumatları araşdırıldıqda, ayr-ayrı işçilər üzrə hesablanmış və ödənilmiş m.d.s.s.h. arasındakı fərqlər aşkar görünür.
Nümunə olaraq misal gətirək. İşçi 01.02.2010-cu il tarixdə işə qəbul edilib. Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı məbləğləri aşağıdakı cədvəldə göstərildiyi kimidir :
(manatla)
Hesabat dövrü | Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir | Hesablanmış məcburi dövlət sosial sığorta haqqı | Ödənilmiş məcburi dövlət sosial sığorta haqqı | Hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı arasındakı fərq |
|
|
|
|
|
2010 | 8456,80 | 2114,20 | 1952,42 | 161,78 |
|
|
|
|
|
2011 | 10825,96 | 2706,49 | 2506,98 | 199,51 |
|
|
|
|
|
2012 | 11458,60 | 2864,65 | 2656,93 | 207,72 |
|
|
|
|
|
2013 | 12499,90 | 3124,98 | 3202,25 | -77,28 |
|
|
|
|
|
2014 | 13258,62 | 3314,66 | 3215,74 | 98,92 |
|
|
|
|
|
2015 | 14830,46 | 3707,62 | 3663,75 | 43,86 |
|
|
|
|
|
2016 | 15604,48 | 3901,12 | 4002,55 | -101,43 |
Cəmi | 86934,82 | 21733,71 | 21200,62 | 533,09 |
Cədvəldən göründüyü kimi, bəzi illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borc, bəzi illər üzrə isə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmə yaranmışdır. Faktiki olaraq , həmin artıq ödənilmiş məbləğlər əvvəlki illər üzrə yaranmış borcların bir hissəsidir. Cəmi məbləğlərə nəzər yetirdikdə isə, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borc qaldığı görünür.
Qeyd olunan kənarlaşmalar gələcəkdə pensiya təminatı zamanı daha az məbləğin hesablanmasına gətirib çıxaracaq.Bu səbəbdən də gələcəkdə belə hallardan sığortalanmaq üçün vaxtında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı arasındakı faiz nisbətinin tam uyğunluğunu yoxlamaq lazımdır.
Müəllif: Məxsusi olaraq Marja.az üçün Kamil Qasımov
"KG GROUP CONSULTING "
(055) 211 39 63
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 47 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
2 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
2 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
-
2 saat əvvəl
“BakuBus” Qarabağ üçün elektrik avtobusları alır - 16,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
- 4 saat əvvəl
-
4 saat əvvəl
“BOS Shelf"ə 156 milyon dollarlıq iş sifariş olundu - MÜQAVİLƏ İMZLANIB
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Ən çox oxunanlar
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
2026-cı ilin dövlət büdcəsi qəbul edildi
Milli Məclis DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcələrini qəbul etdi



















.jpg)


.jpg)


