“Azəristliktəchizat” şirkəti vermədiyi istiliyə görə ödəniş istəyir" - VƏTƏNDAŞ ŞİKAYƏT EDİR
Vətəndaş Qocayev Zuar Tahir oğlu Marja.az saytına müraciət edərək, Xətai ray, Sarayevo küç, ev. 7, mən. 81 ünvanında yerləşən mənzilini satdığını və evin yeni sahibinin dövlət istilik təchizatını dayandırıb, kombi sistemi qura bilmədiyini iddia edir.
Müraciətçi iddia edir ki, buna səbəb “Azəristliktəchizat” şirkətinin vermədiyi istiliyə görə ödəniş istəməsidir. Mənzil son 4-5 il ərzində dövlət tərəfindən istilik ilə təchiz edilməyib.
Müraciətdə qeyd edilib ki, “Azəristliktəchizat” mövcud borc ödənilmədiyi təqdirdə istilik sistemini dayandırmayacağını və sənəd verməyəcəyini bildirir. Evin əvvəlki sahibi (Qocayev Zuar) mənzil istiliklə təmin olunmadığı üçün borcu ödəməyəcəyini bildirir. O hesab edir ki, “Azəristliktəchizat” borcu silməli və istilik sistemini dayandırmalı və buna görə sənəd verməlidir.
"Mən Qocayev Zuar Tahir oğlu mənə məxsus olan Xətai ray, Sarayevo küç, ev. 7, mən. 81 ünvanında yerləşən evi satmışam. Hal-hazırda evi alan vətəndaş evin dövlət istilik təchizatını dayandırıb, kombi sistemi qurmaq istəyir. Lakin dövlət istilik təchizatdan bildirilmişdir ki, mövcud olan borc ödənilmədiyi təqdirdə istilik sistemini dayandırmaq mümkün deyildir. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ev son 4-5 ildir dövlət tərəfindən istiliklə təmin olunmamışdır. İstilik sistemi yararsız vəziyyətdədir. Buna baxmayaraq bu vəziyyətlə maraqlanan olmayıb, sadəcə ödəniş xəbərdarlığı olunmuşdur. Mən isə mənzil istiliklə təmin olunmadığı üçün ödəniş etməyəcəyimi bildirmişəm və pul yığmağa gələn əməkdaşa istilik xəttini bağlamaqlarını haqlı irad olaraq qeyd etmişəm. Buna baxmayaraq dövlət istilik təchizat tərəfindən bildirilir ki, pulu ödəməyəcəyim təqdirdə mənə lazımı sənəd verilməyəcək. Xahiş edirəm ki, bu problemin həlli üçün mənə lazımı köməkliyi göstərəsiniz".
Vətəndaşın iddiası ilə bağlı “Azəristliktəchizat”a sorğular göndərdik. Dövlət şirkəti məsələ ilə əlaqədar mövqeyini təqdim etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)
