Yemiş sahələrinin güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Yemiş sahəsinin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 74.80 - 182,40 manat arasında dəyişirAqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq yemiş sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində olduğu kim yemiş təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Fondun yaydığı məlumatda bildirilir ki, aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Yemiş təsərrüfat sahələrinin sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.
Belə ki, ölkəmizdə yemiş istehsalının 24.1%-i Saatlı, 19.1%-i Kürdəmir, 17.1%-i Sabirabad, 9.5%-i Naxçıvan Muxtar Respublikası, 5.3%-i Salyan, 3.8%-i Masallı, 2.5%-i Hacıqabul, 1.8%-i Ağsu, 1.5%-i Zərdab, 1.4%-i Astara rayonunun payına düşüb.
Yemişin əsas istehsalçı rayonları olan Saatlı (285.9 sent/ha), Zərdab (281.0 sent/ha), Sabirabad (251.5 sent/ha) və Kürdəmir (184.2 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksəkdir.
Relyef və iqlim baxımından ölkəmizdə bu bostan bitkisinin yetişdirilməsində biznes baxımından böyük imkanlar və fürsətlər daim vardır. Belə ki, daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı həmçinin böyük ixrac potensialı da mövcuddur.
2021-ci ildə Azərbaycandan yemiş ixracı əvvəlki ilə nəzərən 2.6 dəfə artaraq 740.2 ton olub. Ölkədən ixrac olunan yemişin 54.4%-i Rusiyaya, 7.7%-i Ukraynaya, 37.9%-i isə digər ölkələrə ixrac olunub.
Yemiş təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1.87%-4.56% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1.96% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 100 sentner, 1 sentnerin qiyməti 80 manat, yəni ümumilikdə 8 000 manatlıq məhsul gözləniən yemiş sahəsinin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 74.80 - 182,40 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 37,40 - 91,20 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 7 200 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
17 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















