SİMA rəqəmsal imzası ilə TuranBank-da əmanət yerləşdirmək indi daha rahat!
®️ Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.
Belə ki, Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA ilə tərəfdaşlığa başlayaraq yeni nəsil rəqəmsal imzanın mobilbank əlavəsinə inteqrasiya prosesini reallaşdırmışdır.
Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə TuranBank-da əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür.
Məlumat üçün bildirək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: https://www.turanbank.az/en/pages/21/174
Məlumat üçün qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə gələcəkdə TuranBank-da digər məhsullardan da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
SİMA rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
4 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM













.jpg)









