Azərbaycanda meyvələrin dəymə prosesinin qarşısını alan hidrokulerlərin istehsalına başlanılıb
Azərbaycanda ilk dəfə olaraq “Agro Systems Manufacturing” MMC tərəfindən dünyada analoqu olmayan hidrokulerlərin istehsalına başlanılıb.
Bu barədə Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində məhsullarını nümayiş etdirən şirkətin baş direktoru Köçəri Həsənov müsahibəsində bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi kollektiv 2017-ci ildən Azərbaycanda kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə əlaqədar araşdırma aparıb və bu sahədə müəyyən işlər görməyə başlayıb. Kənd təsərrüfatı sektorunda, xüsusilə meyvələrin saxlanması məsələləri ilə bağlı müəyyən işlər görməyə qərar verilib və nəticədə yeni bir hidrokuler istehsal olunub: “Bizim istehsal etdiyimiz hidrokuler çəyirdəkli meyvələrin dərildikdən sonra sürətlə dəymə prosesinin qarşısını alır. Məsələn, gilas dərildikdən sonra onda 4 saat ərzində sürətlə dəymə prosesi gedir və öz şirəsini çəyirdəyinə verməyə başlayır. Bu, həmin meyvəni istehlakçılara təqdim etməyə maneə olur”.
Şirkət rəhbərinin sözlərinə görə, artıq bu meyvələrin çəyirdəyini 2 dərəcəyə qədər soyutmaqla onların saxlanma müddətini 5-6 dəfə artırmaq mümkündür. Hazırda bu avadanlığı İtaliya, Niderland, Almaniya, Türkiyə, Sloveniya istehsal edir. Azərbaycan isə hazırda bu hidrokulerləri istehsal edən 7-ci ölkədir.
Ölkəmizdə istehsal edilən hidrokulerin üstünlüklərindən danışan K.Həsənov deyib: “Çox uzun araşdırmalardan sonra bu sistemdə inqilabi dəyişikliklər edildi. Sistemdə istifadə edilən materialların innovativ texnologiyalara söykənmiş tətbiqini tapdıq və onun soyutma sistemlərini tamamilə dəyişdik. Bu, dünyada analoqu olmayan bir sistemdir. Hazırda yalnız bizim şirkətin eksklüziv sifarişi ilə hazırlanan soyutma sistemləri imkan verir ki, saatda 5 ton deyil, 10 ton meyvə soyuda bilək və suyun hərarətini 5-6 dərəcədə deyil, 0,5 dərəcədə stabil saxlayaq”.
Şirkət rəhbəri vurğulayıb ki, müəssisə sınaq məqsədilə 6-cı hidrokuleri də istehsal edib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)










