Bayden Asiyaya səfəri zamanı Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq
ABŞ prezidenti Co Bayden Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.
Marja xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Prezident qanun layihəsini səfərdə olarkən imzalamağı planlaşdırır. Qanun layihəsi tez imzalanmalıdır ki, Kiyevə yardım göstərməkdə fasilə olmasın", - o deyib.
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü ötən həftə, Senat isə cümə axşamı günü təsdiqləyib. Senatda yekun səsvermə Baydenin Ağ Evi tərk edərək xarici turneyə getməsindən az sonra başa çatıb. Baydan Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Qanun layihəsi imzalanması üçün Asiyaya çatdırılmalıdır, çünki Senat onu Bayden Vaşinqtonu tərk etdikdən sonra qəbul edib. Amerika lideri cümə günü Cənubi Koreyada olduğu müddətdə sənədi imzalamaq niyyətindədir. Bayden bazar günü isə Yaponiyaya yola düşəcək.
Bayden Konqresdən Ukraynaya yardım ayırmaq üçün əlavə maliyyə tələb etmişdi. Əvvəlcə o, Kiyevi dəstəkləmək üçün daha 33 milyard dollar ayırmağı təklif edib. Daha sonra bu məbləğ Konqresdə 40 milyard dollara qədər artıb. Xüsusən də hərbi texnikanın, eləcə də ərzaq təminatına daha çox vəsaitin ayrılması təklif edilib. Beləliklə, təqribən 20 milyard dollar birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına yönəldiləcək. Pentaqonun sözçüsü Con Kirbi daha əvvəl demişdi ki, Birləşmiş Ştatların mayın 19-dək Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək imkanı var.
Sənəd bütövlükdə Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
35 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























