2021-ci ildə azad olunmuş ərazilərin bərpasına xərclənmiş vəsait açıqlanıb
2021-ci ildə azad olunmuş ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsait açıqlanıb.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 200 milyon manat məbləğində vəsaitə qarşı icra 2 milyard 178,4 milyon manat və ya 99,0 faiz olub.
Xərclərin maliyyələşdirilməsi vəsaitin kredit sərəncamçısı olan təşkilatların xərc sifarişləri əsasında tam həcmdə təmin olunub.
Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1 milyard 590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az), Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat, turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az), işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat, Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.
Azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb
Ötən il 2021-ci ildə dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 105,8 milyon manat (işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclərdə 97,6 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla) vəsait xərclənib. Bu, 2020-ci illə müqayisədə 98,2 milyon manat və ya 14,1 dəfə çoxdur.
Azad olunmuş ərazilərin bərpası layihələrinin maliyyələşdirilmə göstəriciləri açıqlanıb
Hesabat ilində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait tam maliyyələşdirilmiş, icra səviyyəsi isə 99,0% təşkil edib.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə bildirilib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2 milyard 200 milyon manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2 milyard 178,4 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş göstəricinin 99,0%-nə bərabərdir.
Təsdiq edilmiş məbləğin 2 milyard 199 milyon manatı 18 təşkilat üzrə bölüşdürülmüş, 1 milyon manatı ehtiyat vəsait kimi saxlanılıb.
Təşkilatlar üzrə təsdiq edilmiş məbləğə qarşı maliyyələşdirmə faizi aşağıdakı kimi olmuşdur:
-13 təşkilat üzrə 100%;
-3 təşkilat (Təhsil Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı
Nazirliyi) üzrə 91%-98%;
-1 təşkilat (Dövlət Turizm Agentliyi) üzrə 68%;
-1 təşkilat (Mədəniyyət Nazirliyi) üzrə 42%.
İcra edilmiş məbləğin 73,0%-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 12,0%-i “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, 4,5%-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, 3,1%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 2,9%-i Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 3,5%-i isə digər təşkilatların payına düşüb.
Sifarişçi təşkilatlara ayrılmış 2199,0 mln. manat 71 layihə üzrə bölüşdürülmüşdür.
Layihələr üzrə təsdiq edilmiş məbləğə qarşı maliyyələşdirmə faizi aşağıdakı kimi olmuşdur:
-50 layihə üzrə 100,0%;
-4 layihə üzrə 94,0%-98,0%;
-6 layihə üzrə 40,0%-81,0%;
-11 layihə üzrə 0%.
Qeyd edək ki, maliyyələşmə açılmayan 11 layihədən 1-i Kənd Təsərrüfatı Nazirliyi, 10-u isə Mədəniyyət Nazirliyi üzrə olub.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
11 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
11 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
12 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
13 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür

















.jpg)




