Dünya buğda istehlakının istehsaldan çox olacağı gözlənilir
ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) 12 may 2022-ci il tarixində dərc etdiyi dünya taxıl bazarlarına dair əhatəli hesabata əsasən, 2022-2023-cü illər mövsümündə dünya buğda istehsalının təxminən 775 milyon ton (774,83 milyon ton) olacağı təxmin edilir.
Marja hesabata istinadən xəbər verir ki, istehsal ötən mövsümlə müqayisədə 4 milyon ton az olacaq. İstehsalın azalmasının əsasən Ukrayna ilə bağlı olacağı gözlənilir. Hindistanın istehsalının həddindən artıq istilər səbəbindən 111 milyon ton əvəzinə 105 milyon ton olacağı hesablanır. Avropa İttifaqının istehsalında ciddi dəyişiklik gözlənilmir. Kanada və Rusiyada məhsuldarlığın yüksək olacağı və istehsalın artacağı gözləntiləri var.
Bu il Türkiyənin istehsalının artacağı gözlənilir. ABŞ-da keçən ildən daha yaxşı istehsal olacaq. Mərakeş, quraqlıq səbəbindən istehsalın təxminən 65% azalacağını açıqlayıb.
Dünyanın ən böyük buğda istehsal edən ölkələri; Avropa İttifaqı, Rusiya, ABŞ, Kanada, Ukrayna, Avstraliya, Argentina, Qazaxıstan və Ukraynadır. Bu ölkələr arasında istehsalıən çox mənfi görəcək ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynadır.
İSTEHLAK İSTEHSALDAN ÇOXDUR
USDA-nın açıqladığı məlumatlara görə, dünya buğda ehtiyatlarında azalma var. 2022-2023-cü illər mövsümündə dünya buğda istehlakının 787,52 milyon ton olacağı təxmin edilir. Buğda istehlakının istehsaldan çox olması ehtiyatların daha çox istehlak deməkdir. Ehtiyat 2021-2022 mövsümündə 279 milyon ton səviyyəsində olduğu halda, 2022-2023-cü il mövsümündə 267 milyon tona qədər azalacağı təxmin edilir. Ehtiyatlarda olan buğdanın təxminən yarısı Çinin əlindədir.
Aclığın qarşısını almaq və buğda qiymətlərinin artımını azaltmaq üçün buğdanın yem məqsədləri üçün istifadəsinin azaldılması hədəflənir. Əgər yemdən istifadə azalarsa, buğda əvəzinə qarğıdalı və digər məhsullardan istifadə olunarsa, o zaman bir qədər rahatlıq nəzərdə tutula bilər.
Buğda istehsalı, istehlakı, idxalı və ixracı dünyada elə strateji mövqedədir ki, qəbul edilən hər bir qərar milyardlarla insana təsir edir. Müharibə səbəbindən Ukrayna buğdasını limanlardan ixrac edə bilmir. Bu səbəbdən Ukraynadan buğda idxal edən Afrika ölkələri böyük böhranla üzləşib. Onların ümid etdikləri Hindistanın buğda ixracına qadağa qoyması dünyanın gündəmindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
22 d. əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
-
3 saat əvvəl
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
-
4 saat əvvəl
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
-
4 saat əvvəl
Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan BOKT-u rebrendinq edib
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Aprelin 10-da gözlənilən hava şəraiti
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
Ən çox oxunanlar
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Azərbaycan neftinin son qiyməti
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı


















