Kazanda İƏT Gənc Sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib - FOTOLAR
Üç qalib startap layihəsinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən investisiya vəsaiti ayrılıb.Tatarıstanın paytaxtı Kazan şəhərində Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və Tatarıstanın aparıcı gənclər təşkilatı “Sələt” Gənclər Fondunun birgə təşkilatçılığı ilə iki gün davan edən İƏT ölkələri Gənc Sahibkarların ənənəvi beynəlxalq VIII Forumu keçirilib.
Tədbiri moderator qismində açılışını edən Mixail Vanyuşin qonaqları və iştirakçıları salamlayıb, sözü İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxana verib.
Taha Ayxan, eləcə də Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş Direktor vəzifələrini icra edən Vüsal Qurbanov, eləcə də Rosmolodyoj Biznesin rəhbəri Aleksey Rvaçev iştirakçıları salamlayaraq bu platformun İƏT ölkələrində gənclər üçün layihə təqdim etmək və investisiya əldə etmək baxımından unikallığını xüsusi qeyd ediblər.
Forumun birinci günü baş tutan plenar sessiyasında İƏT ölkələrində uğurlu biznesin qurulması mövzusu ətrafında Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının prezidenti Həsən Bəsri Kurt, Azərbaycan SABAH.lab-ın Baş İcraçı Direktoru Rəhim Bayramlı (onlayn formatda), KOBİA (Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı agentliyi) nümayəndəsi Anar Yusufzadə Beynəlxalq Sahibkarlıq üzrə məsləhətçi Ziad Baruni və EjadLabs-ın Baş İcraçı Direktoru Arziş Azam ekspert qismində treninq proqramları ilə çıxış ediblər və iştirakçıların suallarına cavab veriblər.
Tərəfdaş sessiyasında Tatarstan Respublikası İnvestisiya və Vençur Fondunun nümayəndəsi Adel Gilaziyev, Sabah.lab-ın icmalar üzrə meneceri Talifə İsgəndərli və Rosmolodyojun Beynəlxalq Departamentində Gənc layihələr və proqramlar sektorunun rəhbəri Valeria Çernoqorodova təmsil etdikləri qurumlar haqda təqdimatla çıxış ediblər.
Ümumilikdə Foruma bir aylıq hazırlıq mərhələsində tədbir üçün 35 ölkədən 150-yə yaxın startap qeydiyyatdan keçib. Bir ay ərzində onlayn formatda 20 ölkəni təmsil edən 50 startap layihəsi müəllifi olan gənc sahibkar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekspert və mentorların keçirdiyi təlimlərdə iştirak edərək müvafiq biliklər əldə ediblər. Onlardan Indoneziya, Pakistan, Malayziya, Azərbaycan, Nigeriya, İordaniya, bütövlükdə 15 ölkəni təmsil edən ən yaxşı 33 startap layihəsi isə investisiya sessiyasının “Demo günü” deyilən final mərhələsinə seçiliblər. Bu mərhələdə startapçılar investorların iştirakı ilə öz layihələrinin təqdimatını keçiriblər və maraqlanan investorlarla əlaqə yaradıblar.
VIII Beynəlxalq Kazan Forumunun bağlanış mərasimində Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təbrik nitqləri ilə çıxış edərək, uğur qazanmış layihə müəlliflərini təbrik ediblər, eləcə də tədbirin vacibliyini qeyd ediblər.
Azərbaycan təcrübəsinin bölüşüldüyü və müzakirə edildiyi tədbirin sonunda üç qalib startap layihəsinə İƏT Gənclər Forumu ARM tərəfindən investisiya vəsaitinin ayrılması elan edilib.
Tatarstanın Gənclər İşləri üzrə naziri Timur Süleymanov çıxış edərək Kazanda keçirilən İƏT Gənc Sahibkarlar Forumunun əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığın davam edəcəyini bildirib.
Qeyd etmək lazımdır ki, 2014-2021-ci illər ərzində Kazan Forumunun fəaliyyəti nəticəsində 50 ölkəni təmsil edən 1000-dən çox gənc sahibkarın biznes fəaliyyəti üçün 2 milyon dollardan çox investisiya vəsaiti cəlb edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
6 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

























