"PAŞA Həyat" valideynlərini itirmiş və fiziki qüsurlu uşaqları sevindirib
"PAŞA Həyat" sığorta şirkəti Sumqayıt şəhərində keçirilən "Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyasında fiziki qüsurlu və valideynlərini itirmiş uşaqlara isti qış geyimləri təqdim edərək onlara sevinc bəxş edib.
Şirkətin mətbuat katibi Elnur Hüseynquluyev "Marja"ya bildirib ki, aksiyaya bu ilin noyabr ayının 16-dan 50-yə yaxın idarə və müəssisə nümayəndələrinin iştirakı ilə start verilib. "Şirkət hər il keçirilən “Mərhəmətli olmağa tələsin" aksiyasının fəal iştirakçı təşkilatlarından biridir. Ötən ildə də keçirilən aksiyada yaxından iştirak etmişik. Əsas məqsəd Sumqayıt şəhərində ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaqdır. Ümumiyyətlə biz "PAŞA Həyat" şirkəti olaraq bu cür aksiyaların keçirilməsini daim dəstəkləyirik. Növbəti ildə də keçiriləcək bu aksiyaya öz dəstəyimizi göstərəcəyik", - deyə E. Hüseynquluyev bildirib.
Qeyd edək ki, "Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyası hər il "Azərikimya" İstehsalat Birliyi, Respublika "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə keçirilir. Bu il keçirilən tədbirdə aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 uşağa Sumqayıt və Bakıda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatlar tərəfindən təzə isti qış geyimləri paylanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























