“ADY Konteyner”: "Bu il Orta Dəhlizlə Çin-Avropa istiqamətində daşımaların 3 dəfə artmasını gözləyirik"
Bu ilin ilk 4 ayında Orta Dəhliz vasitəsi ilə 8 696 TEU konteyneri daşınıb.
Bunu “Railfreight” portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur: “Bununla belə, qeyd etmək lazımdır ki, bu artım, real artımdır və geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Çin-Avropa istiqamətində daxil olan sifarişləri əhatə etmir. Bu il 1 000 qatarın daşınması üçün sifarişlər almışıq və bu ilin sonuna, 2021-ci ilə nisbətən 3 dəfə, hətta daha çox böyümə gözləyirik”.
N. Cəfərov bildirib ki, Orta dəhlizdən başqa, Azərbaycan ərazisindən tranzit keçən konteyner daşımaları 130 % artıb: "Qısamüddətli inkişafa gəlincə, geosiyasi vəziyyətlə əlaqədar Avrasiya regionundakı dəyişən geoiqtisadi ssenarilərin və logistik mənzərənin hamımız fərqindəyik.
Orta dəhlizdə daşımaların gözlənilən dəfələrlə artması ilə bağlı Qazaxıstanlı tərəfdaşlarımızla eyni fikri bölüşürük. "Qazaxıstan Dəmir Yolları"nın məlumatına görə, konteyner daşımalarındakı artımın 50 min TEU-ya bərabər olacağı gözlənilir. Fikrimcə, müsbət tendensiyaya baxsaq, qazaxıstanlı tərəfdaşlarımızın ifadə etdiyi rəqəmlər olduqca realdır”.
“ADY Konteyner”in direktoru vurğulayıb ki, Orta dəhlizin Xəzər dənizindən keçən hissəsində nəqliyyat əlaqələrini gücləndirmək üçün limanlar arasında fəaliyyət göstərən fider gəmilərin sayı artırılıb.
Onun sözlərinə görə, “ADY Konteyner” bu gəmilərin ko-operatorudur: “Yüklərin həcmi artdıqca biz əlavə gəmilər cəlb etməyi planlaşdırırıq. Biz Azərbaycan ərazisindən çox-çox kənarda yeni xidmətə başlamışıq- Gürcüstanın Poti və Batumi limanları ilə Rumıniyanın Konstansa limanı arasında fider gəmisi üzməyə başlayıb. Mayın 24-də 220 TEU tutumlu ilk fider gəmisi Potidən Konstansaya üzdü və müntəzəm olaraq fəaliyyət göstərəcək. Həcm artacağı təqdirdə, daha çox fider gəmiləri cəlb etməyə hazırıq”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. sonra
-
40 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 41 d. əvvəl
-
-
48 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
54 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb






















