Türkiyənin xarici ticarət kəsiri aprel ayında kəskin artıb
Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı xarici ticarət statistikasını açıqlayıb. Apreldə xarici ticarət kəsiri 98,5% artaraq 6,11 milyard dollar təşkil edib. Aprel ayında ixrac 24,6 faiz, idxal isə 35 faiz artıb.Türkiyə Statistika Təşkilatının açıqladığı xarici ticarət məlumatlarına görə, 2022-ci ilin aprel ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 24,6% artaraq 23 milyard 368 milyon dollar, idxal isə 35% artaraq 29 milyard 480 milyon dollar təşkil edib. İdxal ixracı 6 milyard 112 milyon dollar üstələyib.
Marja.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 83 milyard 531 milyon dollara, idxal isə 40,2 faiz artaraq 116 milyard 85 milyon dollara çatıb.
Enerji məhsulları və qızıl istisna olmaqla ixrac 22,9 faiz, idxal isə 16,4 faiz artıb.
Xarici ticarət kəsiri aprel ayında 98,5% artıb
Aprel ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 98,5 faiz artaraq 3 milyard 80 milyon dollardan 6 milyard 113 milyon dollara yüksəlib. 2021-ci ilin aprel ayında ixracın idxala nisbəti 85,9 faiz olduğu halda, 2022-ci ilin aprel ayında 79,3 faizə enib.
Yanvar-aprel aylarında xarici ticarət kəsiri 130 faiz artıb
Yanvar-aprel dövründə xarici ticarət kəsiri 130 faiz artaraq 14 milyard 154 milyon dollardan 32 milyard 553 milyon dollara yüksəlib. 2021-ci ilin yanvar-aprel dövründə ixracın idxala nisbəti 82,9 faiz olduğu halda, 2022-ci ilin eyni dövründə 72 faizə enib.
Həmçinin oxu
Türkiyə iqtisadiyyatı 1-ci rübdə 7,3 % artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
34 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
59 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























