"Tovuz Aqro Sənaye" daha böyük sahədə tütün yetişdirəcək
Hər hektar tütünə görə 280, təhvil verilən quru tütünün hər kiloqramına və yaş tütünün hər 10 kiloqramı üçün 0,05 manat məbləğində subsudiya verilməsi iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafına kömək edir.
Tütünçülüyə Tovuzda da maraq getdikcə artır. Artıq 7-ci ildir ki, rayonda tütün əkilir. Əvvəlki illərdən fərqli olaraq ikinci ildir ki, bu işlə "Tovuz Aqro Sənaye" MMC məşğul olur. Demək olar ki, şirkətdə çalışan 250 nəfərdən çox insan dolanışığını tütündən qazandığı gəlir hesabına əldə edir.
Rayonda əvvəllər bu sahədə mövcud olan problemlər də, əsasən, aradan qaldırılmışdır. Artıq keçən ildən etibarən rayonda tütünqurutma müəssisəsi fəaliyyətə başlamışdır. Sahələrdən yığılan yaş tütün birbaşa həmin məntəqəyə təhvil verilir. Məntəqədə müasir avadanlıqlar quraşdırılmışdır. Burada qurudulmuş tütün çeşidləndikdən sonra anbarlara yığılır. Bütün bu işlərlə 60 nəfər məşğul olur.
Keçən il "Tovuz Aqro Sənaye" MMC tərəfindən 100,5 hektar sahədə "Verciniya" tütün sortu əkilmiş və 99,5 ton məhsul götürülmüşdür. Hər hektardan 9,9 sentner məhsul götürən kollektiv bu il əkin sahələrini xeyli artırmağı qərara almışdır. Hazırda sahələrə şitil köçürülməsi işləri aparılır. Tütünçülər qərara almışlar ki, cari ildə 150 hektarda tütün yetişdirməklə hər hektardan 17 ton yaş tütün götürsünlər.
Onu da qeyd edək ki, keçən il rayonda "TET" İnternational Development tütün emalı müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisənin həftəlik emal gücü 4 tondur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 5 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




























