Rusiya gübrələrin ixracına məhdudiyyətləri 2023-cü il mayın 31-dək uzadır
Rusiyada Aqrar-sənaye kompleksi və kənd ərazilərinin davamlı inkişafı üzrə Hökumət Komissiyası mineral gübrələrin ixracı üçün 2022-ci ilin sonuna qədər qüvvədə olan kvotanın 2023-cü il mayın 31-dək uzadılmasını dəstəkləyib.
Marja.az xəbər verir ki, Bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenkonun mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyası hökumətinin mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün gördüyü tədbirlər səmərəli hesab edilsin. Mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün əvvəllər görülmüş tədbirlərin 2023-cü il mayın 31-dək uzadılması dəstəklənsin", - müraciətdə deyilir.
Söhbət ilk növbədə gömrük tariflərinin tənzimlənməsi tədbirlərindən, xüsusən də gübrələrin ixracına qoyulan kvotalar və məhdudiyyətlərdən gedir.
Mayın 31-də Rusiya hökuməti azot və digər gübrələrin ixracı üçün kvotaların 2022-ci il iyulun 1-dən dekabrın 31-dək uzadılmasını təsdiqləyib. İlkin olaraq kvotalar 2021-ci il dekabrın 1-dən 2022-ci il mayın 31-dək tətbiq edilib.
Bundan əlavə, ötən ilin iyul ayında mineral gübrə istehsalçıları fermerlər üçün məhsullarının qiymətlərini 2021-ci ilin sonuna qədər saxlamaq qərarına gəliblər, daha sonra qiymət sabitləşdirmə rejiminin 2022-ci ilin may ayının sonuna qədər uzadılması planları məlum olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
26 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
47 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq

























