Tovuzdan Rusiya və Belarus bazarlarına göndərilir
Yerkökü qərb bölgəsində ən çox Tovuzun Hunanlar kəndində becərilir. Kəndin sakinləri illərdir ki, bu işlə məşğul olurlar. İstehsal etdikləri məhsul isə yerli bazarlarla yanaşı xaricə, xüsusən də Rusiya və Belarus bazarlarına göndərilir.
Kür çayının sahilində yerləşən Hunanlar kəndi yerkökü əkini üzrə ixtisaslaşıb. Sakinlər həm özlərinin, həm də ölkə əhalisinin ehtiyacını qarşılamağa çalışırlar. Üstəlik də məhsullarının böyük qismini xaricə ixrac edirlər. Qiymətlərə gəldikdə, hazırda yerkökünün kiloqramı yerində 60 qəpikdən satılır. Bu, keçən ilkindən bir qədər bahadır. Məhsuldarlıq da yüksəkdir.
Yerkökü yığımında diqqət yetiriləsi bir sıra məqamlar var. Yığım əl əməyi ilə aparılır. Bitkinin dibinə öncə su axıdılır və kökün çıxarılması nisbətən asanlaşır. Sahədən toplanıb gətirilən kök yüksək təzyiqli su ilə torpaqdan təmizlənənə qədər yuyulur. Qablaşdırılarkən tam quru və təmiz olmalıdır.
Uzun illərdir yerkökü becərən sakinlərdən biri Allahverdi Məmmədov deyir ki, bu il məhsuldarlıq yüksək olub. “Toxumu oktyabr ayında səpir, yazda isə bitkinin yığımına başlayırıq. Mayın əvvəlindən kök yığırıq. Hazırda kökün kilosunu 60 qəpikdən satırıq. Məhsulumuz Rusiya və Belarus bazarlarına aparılır”, - deyə kənd sakini əlavə edib.
Pandemiya ilə əlaqədar ötənilki mövsümdə Hunanlar kəndinin sakinləri bazara məhsul çıxarmaqda çətinlik yaşasalar da, bu il mənzərə fərqlidir. Günlərdir kənddə yük maşınlarına yerkökü yığılır. Məhsul yükləndikcə, maşınlar xaricə yolla salınır. Bu, həm də təsərrüfat sahiblərinin işini xeyli asanlaşdırır. Uzağa getmək lazım gəlmir, məhsulu elə həyətlərdə alıcıya təhvil verirlər. Necə deyərlər, alıcı da, satıcı da məmnundur.
Məhsulu fermerlərdən alıb xaricə satışını həyata keçirən alıcılar isə öz növbəsində sərhədi keçərkən əngəllə rastlaşmadıqlarını, yerkökünün xarici bazarlara vaxtında, gecikmədən çatdığını deyirlər. “Hər gün xarici bazara, Rusiyaya yük maşını yola salırıq. Ticarətimiz normal gedir. Kökün satışında da vəziyyət yaxşıdır. Yerində 60-70 qəpiyə alırıq. Xarici bazarla yanaşı, daxili bazarlara da yerkökü çıxarılır. İxrac prosesi iyunun 15-ə qədər davam edəcək”,- məhsulu kəndlilərdən alıb xaricə ixracını həyata keçirən iş adamı Sabutay Alıyev bildirib.
Qeyd edək ki, insan orqanizmi üçün xeyirli, eyni zamanda, gəlirli bitki olan yerkökünün yığımı yayın ortalarına qədər davam edəcək.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 5 saat əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)






.jpg)
