“Veysəloğlu ilə İlk Addım”la 5 aylıq ödənişli təcrübə və iş imkanı
Proqrama sonuncu kurs tələbələri və yeni məzunlar qoşula bilərlər.(®) Veysəloğlu Şirkətlər Qrupu “Veysəloğlu ilə İlk Addım (VİA)” təcrübə proqramının 4-cü buraxılışına start verib. Təcrübə, öyrənmə, inkişaf və dəyərləndirməni əhatə edən layihənin müddəti 5 aydır.
Layihənin əsas məqsədi istedadlı, yüksək potensiala malik gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaratmaq və müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə dəstək olmaqdır.
“VİA4” təcrübə proqramı üçün əsas tələblər:
▶ Qeyd olunan ixtisaslar üzrə ali təhsil: Biznesin idarəedilməsi; Kompüter elmləri, İT, proseslərin avtomatlaşdırılması mühəndisliyi; Sənayenin təşkili və idarəedilməsi; Maliyyə, mühasibat uçotu və audit; Qida məhsulları mühəndisliyi, çoxişlənən malların texnologiyası mühəndisliyi; Marketinq; Menecment;
▶ Universitetə yüksək qəbul balı və yüksək GPA;
▶ İngilis dili biliyi üstünlükdür.
Karyerasına “Veysəloğlu”da başlamaq istəyən namizədlər “mövzu” hissəsində “VİA4” yazmaqla, öz CV-lərini [email protected] ünvanına 28.06.2022-ci il tarixinə kimi göndərə bilərlər.
Təcrübə proqramı müddətində iştirakçılar Şirkətlər Qrupuna daxil olan bizneslərin fərqli strukturlarında təcrübə qazanacaq, iş prosesi ilə yaxından tanış olacaq, təlimlərə cəlb ediləcək və proqramı uğurla başa vurduqdan sonra şirkətin müxtəlif bizneslərində karyera seçimi əldə edəcəklər.
Məzun “VİA”çıların dediklərindən:
Kənan Rzazadə (“Xonça” Fabriki, maliyyə müdiri): “İlk “VİA”çı olaraq, “Veysəloğlu” ailəsinə qoşulmaq şansını qazandım. Bizimlə ilk görüşündə Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun sözləri hələ də xatirimdədir: “Biz bu binanı bura qədər formalaşdırmışıq, siz üstünə yeni daşlar əlavə etmək üçün gəlmisiniz. Əsas akademik öyrəndikləriniz yox, necə öyrənməli olduğunuzu bilməyinizdir. Şirkətimizin yeni qanı sizsiniz”. Keçən 5 il ərzində kiçik mütəxəssis olaraq işə başladım, hazırda maliyyə müdiriyəm”.
Mahmud Səmədov (Veysəloğlu Şirkətlər Qrupu, biznes analitik): “VİA bizə gələcək karyeramızı istədiyimiz sahədə qurmaq və sevdiyimiz işlə məşğul olmaq üçün geniş seçim imkanı qazandırdı. Siz də bu şansı qaçırmayın!”
Türkan Hüseynova (“OBA Market” MMC, ticari məhsulların çeşidlənməsi üzrə analitik): “VİA karyeramın başlanğıc nöqtəsi oldu. Sadəcə təcrübə deyil, həm də qazandığım peşəkar mühit bütün iş həyatım boyu dəyərli olacaq!”
28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. 19,500 nəfərdən çox insanın iş yeri olan Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
15 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
15 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
16 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu




















