Xalq Bankdan bir premium kart qiymətinə dörd kart əldə edin!
(©) Xalq Bankın təklif etdiyi premium kartlar gündəlik həyatda və səyahət zamanı kart sahibinə bir çox əlavə üstünlüklər yaradır.
Xalq Bank 31.12.2022-ci il tarixədək davam edəcək kampaniya çərçivəsində Bankın filiallarında və https://cardorder.xalqbank.az/ linkindən keçid edərək Visa Infinite və ya MasterCard Black Edition kartını sifariş edən hər bir müştərinin ailə üzvləri və ya yaxınları üçün əlavə olaraq 3 ədəd pulsuz premium kart əldə etmək imkanı yaradır. Kampaniyada iştirak edən müştəri əsas kartın dəyərini ödəyərək sifariş edir və digər 3 kartın pulsuz sifarişi üçün xüsusi promokodlar əldə edir.
Premium Visa kart sahibləri dünyanın istənilən nöqtəsində müxtəlif imtiyazlardan faydalana bilərlər. Müştərilər bu kartlarla Visa Qlobal Dəstək (Visa Global Assistance) servisi, LoungeKey proqramı çərçivəsində dünya üzrə hava limanlarının biznes zallarına pulsuz keçid xidməti, səfər zamanı beynəlxalq səyahət sığortası, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında pulsuz sürətli keçid (Fast Track) xidməti və hava limanından hotelə pulsuz transfer xidmətindən yararlana bilərlər.
MasterCard Black Edition kart sahibləri dünyanın istənilən nöqtəsində 24/7 rejimdə fəaliyyət göstərən pulsuz MasterCard Concierge xidməti, MasterCard Travel Rewards endirim platforması, dünya üzrə hava limanlarında yerləşən 1000-dən çox VIP zaldan istifadə etmək hüququ və səyahət proqramı çərçivəsində 374 500 EUR məbləğində sığorta təminatı ilə təmin olunurlar.
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)







