Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“RİA Novosti” geri addım atdı - Azərbaycanın narazılığına səbəb olmuş müsahibəni sildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“RİA Novosti” geri addım atdı - Azərbaycanın narazılığına səbəb olmuş müsahibəni sildi

Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib.

 Rusiya bürosu xəbər verir ki, hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir.

Reklam_3_11

Xartırladaq ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Azərbaycan XİN “RİA Novosti”nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”, - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, hadisədən sonra “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində girişi qadağan olunub.

İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

“Report”

10.06.2022 13:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ