"Gənclik" ASC-nin gəlirləri artıb, zərəri azalıb
İdman-sağlamlıq kompleksini idarə edən "Gənclik" ASC 2021-ci ili 48 min 788 manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 83 min 566 manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə "Gənclik" ASC-nin əməliyyat fəaliyyətindən gəlirləri 105 min 937 manat ikən, 2021-ci ildə 249 min 51 manata yüksəlib. Şirkətin cəmi əməliyyat gəlirləri 167 min 974 manatdan 303 min 625 manata yüksəlib.
Ötən il "Gənclik" ASC-nin cəmi əməliyyat xərcləri 364 min 611 manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi əməliyyat xərcləri 272 min 431 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində "Gənclik" ASC 51 milyon 332 min manat cəmi aktivlərə malik olub.
“Gənclik” idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu, trenajor zalı, sauna, bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



