Britaniya rekord benzin qiymətləri səbəbindən taksi sürücülərinin çatışmazlığı yarana bilər
"The Observer" qəzeti qeyd edir ki, britaniyalı taksi sürücüləri ailələrini dolandırmaq üçün ikinci işlərə getməyə və ya həftənin altı günü işləməyə məcbur olublar.Böyük Britaniyada benzin və dizelin rekord yüksək qiymətləri yeni şəraitdə işləməkdə çətinlik çəkən taksi sürücülərinin sayının kəskin azalmasına səbəb ola bilər.
Marja xəbər verir ki, bu barədə şənbə günü həftəlik "The Observer" qəzeti həmkarlar ittifaqı nümayəndələrinə istinadən məlumat yayıb.
Vurğulanır ki, yanacaq xərclərinin kəskin artması səbəbindən britaniyalı taksi sürücüləri ailələrini dolandırmaq üçün ikinci bir işə və ya həftənin altı günü işləməyə məcbur olublar. Nəşr qeyd edir ki, Londonda taksi sürücülərinin kəskin çatışmazlığı əvvəllər də hiss olunurdu, lakin koronavirus pandemiyası və enerji böhranı vəziyyəti daha da gərginləşdirib.
Cümə axşamı Böyük Britaniyada avtomobilin standart 55 litrlik yanacaq çəninin doldurulmasının xərci ilk dəfə olaraq 100 funt-sterlinq həddi (təxminən 125 dollar) keçib.
İqtisadçılar qeyd edir ki, Krallıqda rekord yüksək yanacağın qiyməti qaçılmaz olaraq inflyasiya meyllərinin artmasına səbəb olacaq. Aprel ayında Böyük Britaniyada illik inflyasiya 9%-ə qədər sürətlənib (son 40 ilin ən yüksək göstəricisi). İngiltərə Mərkəzi Bankı ilin sonuna qədər Böyük Britaniyada inflyasiyanın 10%-i keçəcəyini təxmin edir. Bundan əvvəl Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarında ən böyük pisləşmə üzləşmək riski barədə xəbərdarlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















