Sahibləri Unibank-a pul qoydular - 120 milyon manata yaxınlaşdı
Unibank KB ASC-nin səhmdarları və menecmenti, bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin yerləşdirilməsi həyata keçirilib.
Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb.
Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır.
Bunun nəticəsində Unibankın nizamnamə kapitalı 119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir.
Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib. Ayrılıqda isə “DEG” Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.
Bundan əvvəl, Bankın nizamanmə kapitalında Qəribov Eldar Mahmud oğlunun 56,91%, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 12,15 %, Almaniya İnvestisiya Şirkətinin (DEG) 6,68%, Cəfərova Zemfira Mirzə qızının 4,41%, Minoritar səhmdarların 2,42% payı var idi.
Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək.
Bankın növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir.
Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir.
Unibank, ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank 940 mindən artıq fərdi və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib



















