Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası və bütün əmlakının müsadirə olunmasını istədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası və bütün əmlakının müsadirə olunmasını istədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov çıxış edib.

Prokuror Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il azadlıqdan məhrum olunmasını istəyib.

Bundan başqa, sabiq icra başçının üzərinə həbs qoyulmuş 6 milyon 300 min manatlıq əmlakının da dövlət nəfinə müsadirə olunması istənilib.

Proses iyulun 8-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

01.07.2022 13:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ