970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

Yeni lisenziya Mərkəzə bir sıra yeni üstünlük və imkanlar qazandırıb
AzVak-mobil_resmin_ustu_31
DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Fərdi məlumatların, informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi" fəaliyyət növü üzrə lisenziya alıb.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzindən Marja-ya daxil olmuş məlumata görə, təqdim olunmuş zəruri sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə uyğunluğu müəyyən edilərək  lisenziyanın verilməsi təmin olunub. 

Lisenziya müddətsiz təqdim edilib və onun əldə edilməsi DOST RİM-ə bir sıra üstünlük və imkanlar qazandırıb.

Bununla Mərkəz sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi ilə qanunvericiliyə uyğun olaraq informasiya sistemləri və ehtiyatlarının formalaşdırılmasını, inkişafını təmin edəcək, bu sahədə xidmətləri həyata keçirəcək. Habelə “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq fərdi məlumatların toplanılması və işlənməsini təmin edəcək.

 “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə olunması, habelə qurumlar arasında informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın həyata keçirilməsini təmin edir.

Mərkəz həmçinin nazirlik üzrə e-xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinin dəstəklənməsi və inkişaf etdirilməsi, İT sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

DOST RİM
01.07.2022 17:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19