Müdafiə Nazirliyi Türkiyə şirkəti tərəfindən məhkəməyə verilməsini təkzib etdi
Azərbaycan Müdafiə Nazirliyi məhkəməyə verilməsi barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən verilən açıqlamada bu məlumatların əsassız olduğu qeyd edilib.
"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.
Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milləti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - deyə MN-in məlumatında vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. əvvəl
-
46 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl