Azərbaycanın ən böyük şirkəti maliyyə vəziyyətini açıqladı
Satışdan 77 milyard manatdan çox gəlir və 2 milyard 115 milyon manat xalis mənfəət əldə edib.Azərbaycanın ən böyük şirkəti olan SOCAR (Dövlət Neft Şirkəti) 2021-ci ili 2 milyard 115 milyon manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə bağlamışdı. Şirkətin zərərdən mənfəətə keçməsi gəlirlərinin artmasından qaynaqlanır.
SATIŞDAN GƏLİRLƏRİ KƏSKİN ARTIB
Marja.az xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə SOCAR-ın satışdan gəlirləri 27 milyard 924 milyon manat və ya 56,3% artaraq 77 milyard 531 milyon manat təşkil edib. Şirkət 2020-ci ildə satışdan 49 milyard 607 milyon manat gəlir əldə etmişdi.
Ötən il SOCAR 807 min manat digər gəlirlər də əldə edib.
Ötən il 78 milyard 338 milyon manat cəmi əməliyyat gəlirlərinə qarşı SOCAR-ın cəmi əməliyyat xərcləri 73 milyard 409 milyon manat olub. Gəlirlər xərcləri üstələdiyindən SOCAR-ın 4 milyard 929 milyon manat əməliyyat mənfəəti yaranıb. 1 milyard 162 milyon manat mənfəət vergisi ödənildikdən və digər birı sıra xərclərdən sonra Şirkətin 2 milyard 115 milyon manat xalis mənfəəti qalıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 10 DƏFƏDƏN ÇOX ARTIB
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə SOCAR-ın cəmi əməliyyat gəlirləri 50 milyard 114 milyon manat, cəmi əməliyyat xərcləri 49 milyon 635 milyon manat, əməliyyat mənfəəti 479 milyon manat təşkil etmişdi. Beləliklə, şirkətin əməliyyat mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 10 dəfədən çox artıb. Maliyyə xərcləri və xarici valyutalar üzrə zərərlər ilə əlaqədar olaraq şirkət 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurmuşdu.
SOCAR 2021-ci ildə satışdan 77 milyard 531 milyon manat gəlirlərinin 44 milyard 625 milyon manatını İsveçrədə, 17 milyard 567 milyon manatını Türkiyədə, 7 milyard 804 milyon manatını Azərbaycanda, 2 milyard 937 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 1 milyard 240 milyon manatını Gürcüstanda, 3 milyard 358 milyon manatını digər ölkələrdə əldə edib.
Gəlirlənin 42 milyard 65 milyon manatı xam neft, 19 milyard 82 milyon manatı neft məhsulları, 7 milyard 74 milyon manatı təbii qaz və 6 milyard 748 milyon manatı neft-kimya məhsullarının satışından əldə edilib.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2021-ci il tarixində SOCAR 69 milyard 357 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 64 milyard 155milyon manat cəmi aktivlərə malik idi (aktivləri 5 milyard 202 milyon manat və ya 8,1% artıb)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)



