“Azərpoçt” ən böyük filiallarından birini yenilədi - FOTOLAR
“Azərpoçt”un yenilənən Abşeron filialının açılışı olubRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Abşeron rayonunda yerləşən və ən böyük filiallarından biri olan AZ0100 indeksli poçt filialını yeniləyərək istifadəyə verib.
“Azərpoçt”dan Marja-ya daxil olmuş məlumatda bildirilri ki, müştərilər artıq yenilənmiş filialda daxili və beynəlxalq poçt göndərişləri, pulköçürmələri, kommunal ödənişlər kimi bir sıra xidmətlərdən istifadə edə bilərlər.
Filialın açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov bildirib ki, 24 poçt şöbəsinin daxil olduğu Abşeron filialı əsaslı təmir olunub, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə burada əməkdaşların sayı artırılıb, elektron növbə sistemi qurulub. İki geniş əməliyyat zalından ibarət filialda 30 nəfərdən artıq əməkdaş vətəndaşlara xidmət göstərəcək. Həmçinin nağdsız ödəmələr üçün post-terminal quraşdırılıb ki, bu da poçt əməliyyatları zamanı şəffaflığın qorunmasını təmin edəcək.
Qeyd edək ki, “Azərpoçt” MMC filatelistləri də nəzərə alaraq filialda marka guşəsi yaradıb. Burada vətəndaşlara markalarla yanaşı, poçt kartları, açıqcalar və digər filateliya məhsulları təqdim olunacaq.
Məlumat üçün bildirək ki, yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-nin təmirə ehtiyacı olan poçt məntəqələrinin davamlı olaraq tərtib olunmuş plan üzrə təmiri aparılacaq.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər bu kimi maliyyə xidmətləri, eləcə də biznes xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)








.jpg)
