Taleh Kazımov növbəti dəfə bank rəhbərləri ilə görüşüb
Müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə işlər fəal davam etdiriləcək.Mərkəzi Bankın sədri Taleh Kazımovun kommersiya banklarının rəhbərləri ilə növbəti görüşü keçirilmişdir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olmuşdur.
Ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələri xüsusi qeyd edən Mərkəzi Bankın sədri T.Kazımov bildirib ki, həyata keçirilən quruculuq islahatları və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir.
Eyni zamanda bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdıraraq vurğulanıb ki, ölkədə maliyyə inklüzivliyinin inkişafında bank sisteminin aparıcı rolunun daha da gücləndirilməsi, müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə yeni hədəflərə nail olunması və digər istiqamətlərdə işlər bundan sonra da fəal davam etdiriləcəkdir.
Daha sonra ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin bank sektoru üzrə son trendlər və risklər mövzularında təqdimatlar oldu, sual-cavab sessiyası keçirilib, həmçinin irəli sürülən məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki makroiqtisadi və maliyyə sabitliyi, maliyyə inklüzivliyinin artırılması, bankçılıqda cari və strateji inkişaf məsələləri və dayanıqlı inkişaf meyillərilə bağlı fikirlərini bildirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 10 d. əvvəl
- 34 d. əvvəl
-
43 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
47 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)







.jpg)


