Coca-Cola şirkətinin HORECA ekoloji layihəsi davam edir

Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bakıda keçirilən ekoloji layihə davam edir. Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamaq üçün icra olunur.
Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır. Artıq 7 aydır həyata keçirilən layihəyə Bakı şəhərinin müxtəlif yerlərindən 70-dən çox tərəfdaş cəlb edilib. Layihə müddətində ümumilikdə 11 162 kq plastik toplanaraq təkrar emal müəssisələrinə yönləndirilib.
İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və CinemaPlus kinoteatrlar şəbəkəsi də qoşulub. Layihə çərçivəsində istifadə olunmuş plastik tullantıların toplanması üçün restoranlara, eyni zamanda, Mall ərazisinə qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə ətraf mühitin mühafizəsi üçün daim müxtəlif layihələr həyata keçirir: “Şirkətimizin hədəfləri sırasında plastik tullantıların təbiətə təsirini azaltmaq və təkrar emala dəstək olmaq ilk sıralarda yer alır. Şadıq ki, Azərbaycanda da “Tullantısız Dünya” proqramının icrasına başlamışıq. Qısa müddətdə layihəmizə çox sayda müəssisə qoşulub. İnanıram ki, layihə çərçivəsində görülən işlərlə ölkəyə faydalı olacağıq”.
Şəhər sakinləri də layihə barədə müsbət fikirlərini bölüşüb, layihə dəstək olmaq üçün plastik tullantıları xüsusi ayrılmış konteynerlərə atdıqlarını və artıq plastik tullantıların təbiətə vurduğu zərər barədə məlumatlı olduqlarını bildiriblər.
Coca-Cola şirkəti bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.
Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
