1 avro yenidən 1 dollar həddinə qədər ucuzlaşa bilər
EUR.
Ötən həftənin cümə günü ABŞ-da əmək bazarına dair statistik məlumatlar, xüsusilə də NFP göstəricisi proqnozların üzərində açıqlandıqdan sonra dünya birjalarında dollara olan tələb yenidən artıb. FED-in sərt monetar siyasətini davam etdirmək üçün dəstək aldığı ən önəmli göstəricilərdən biri olması səbəbilə, əmək bazarındakı artım növbəti faiz artımı ehtimallarını da gücləndirdiyi üçün dollar indeksi dəstək görür. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, 1 EUR yenidən 1 USD həddinə qədər ucuzlaşa bilər.
GBP.
GBPUSD məzənnəsi də ötən həftəni enişlə başa vurdu. Dollara artan tələb fonunda funt sterlinq dollar qarşısında 1.19$ hədlərinə qədər ucuzlaşa bilər.
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsiyinə dair məlumatlar, həmçinin Amerikada dərc olunacaq istehlak və istehsal qiymətləri indeksləri investorların diqqət mərkəzində olacaqdır.
OIL.
Ötən həftə “OPEC” ölkələrinin gündəlik neft hasilatının 100 min barel artırılması yönündə açıqladıqları qərar sonrası “Brent” nefti kəskin ucuzlaşdı. Hazırda 98$ hədlərində təklif olunan OİLUK-in bir barel üzrə qiyməti 96$-ın altına düşərsə, 93$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Artan geosiyasi risklər fonunda 1794$-a kimi bahalaşan qızıl dollara artan tələb fonundan yenindən bir qədər geriləyib. Hazırda 1772$ hədlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə qiymətinin 1779$-ın üzərində möhkəmlənə bilsə, 1800$-a (57.87$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


