Deputatın kiçik qardaşının şirkəti tenderlərin qalibi olub - 13,3 MİLYON MANATLIQ SİFARİŞLƏR ALIB
Xəbər verdiyimiz kimi, "Azərsu" ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşıdırıb. Marja xəbər verir ki, tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti" MMC-dir. 05 Avqust 2022-ci il tarixində dərc edilən məlumata görə, "Azərsu" qalib şirkət ilə məbləği 5 milyon 115 min 51 manat olan müqavilə imzalayıb.
"Azərsu" ASC-nin "Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı tenderinin qalibi də "Arko Təmir Tikinti Şirkəti" MMC-dir. 04 iyul 2022-ci il tarixində dərc edilmiş məlumata görə, "Azərsu" ASC "Arko Təmir Tikinti Şirkəti" MMC ilə məbləği 8 milyon 202 min 558 manat olan müqavilə imzalayıb.
İki tender üzrə “Arko Təmir Tikinti Şirkəti" MMC-nin "Azərsu"dan aldığı sifarişlərin cəmi məbləği 13 milyon 317 min 609 manatdır.
2011-ci ildə dövlət qeydiyyatına alınmış və 10 manat nizamnamə kapitalı olan "Arko Təmir Tikinti Şirkəti" MMC-nin qanuni təmsilçisi Əhmədov Rasim Qazməmməd oğludur. O, millət vəkili Əhmədov Vahid Qazməmməd oğlunun kiçik qardaşıdır. Vahid Əhmədov 52 saylı Quba seçki dairəsindən Milli Məclisin deputatıdır və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
Əlavə edək ki, 2019-cu ildə də "Arko Təmir Tikinti Şirkəti" MMC Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin qalibi olmuş və "Azrsu" ASC ilə məbləği 1 milyon 283 min manat olan müqavilə imzalamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























