Gümüş qiymətlərinin artacağı gözlənilir
Gümüş 2022-ci ildə əsas qiymətli metallar arasında ən pis performans göstərən əmtəə olsa da, qiymətlərin məqbul bir canlanma göstərmək üçün kifayət qədər aşağı düşdüyü qiymətləndirilir.
Marja xəbər verir ki, HSBC-nin Qiymətli Metallar üzrə Baş Analitik James Steel deyib: “Gümüş dolların bahalaşması, yüksək faiz dərəcələri və yavaş iqtisadi artım ilə əlaqədar olaraq təxminən 11 faiz dəyər itirib. Bununla belə, pərakəndə satış və zərgərlik məmulatlarına tələbin ilin ikinci yarısında güclü olacağı, elektronika və fotovoltaik sektorlarının tələbinin də artacağı gözlənilir”.
Gümüşün lazım olduğundan daha çox dəyərini itirdiyini düşündüklərini qeyd edən Steel, aşağı qiymətlərin Hindistan və Çindəki əhəmiyyətli istehlakçıların tələbini artıracağını vurğulayıb və gümüşə sənayedən də tələbin güclü şəkildə artacağını deyib.
Yenə də dünya monetar sərtləşdirməyə və iqtisadi yavaşlamaya hazırlaşarkən gümüşün bahalaşması üçün maneələr qalmaqdadır.
HSBC gümüşlə bağlı müsbət proqnozunu saxlayıb. Bank gümüşün orta qiyməti proqnozunu 2022-ci il üçün 22,25 dollar və 2023-cü il üçün 23,50 dollara qədər yeniləyib. Digər tərəfdən, UBS Group AG 2023-cü ilin əvvəlində gümüşün 19 dollara qədər ucuzlaşacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















