Türkiyədə hər beş gəncdən biri işsizdir
İyun ayında işsizlik 10,3 faizə düşüb.Türkiyə Statistika Təşkilatı (TÜİK) 2022-ci ilin iyun ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb.
Marja xəbər verir ki, 2022-ci ilin iyun ayında 15 və yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 136 min nəfər azalaraq 3 milyon 541 min nəfər olub. İşsizlik nisbəti isə 0,3 bənd azalaraq 10,3% təşkil edib.
2022-ci ilin iyun ayında məşğul olanların sayı əvvəlki ayla müqayisədə 46 min nəfər azalaraq 30 milyon 866 min nəfər, məşğulluq nisbəti isə 0,1 faiz bəndi azalaraq 47,8 faiz olub. Bu göstərici kişilərdə 65,3 faiz olduğu halda, qadınlarda 30,6 faiz olub.
2022-ci ilin iyun ayında işçi qüvvəsi əvvəlki ayla müqayisədə 182 min nəfər azalaraq 34 milyon 407 min nəfər olub.
Hər beş gəncdən biri işsizdir
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə dəyişməyərək 20,4 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 16,3 faiz, qadınlar üzrə isə 27,9 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























