Mobil manşet üstü reklam_21

Gəncədə orta maaş 606 manatı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə orta maaş 606 manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2022-ci ilin yanvar-may aylarında Gəncə şəhərində muzdla çalışanların orta aylıq nominal əmək haqqı haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin orta siyahı sayı 2022-ci ilin yanvar-may aylarında 45681 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 28523 nəfər (62,4 faiz), qeyri-dövlət sektorunda isə 17158 nəfər (37,6 faiz) təşkil etmişdir.

Muzdlu işçilərin 17,72 faizi məhsul istehsalı sahələrində, ondan 15,76 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 9,48 faizi emal, 2,30 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,96 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,18 faizi tikinti, 0,78 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur.

Xidmət sahələrində çalışanların 24,62 faizi təhsil, 23,71 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,99 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,13 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,78 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,16 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,10 faizi peşə, elmi və texniki fəaliyyət, 1,53 faizi maliyyə və sığorta, 1,20 faizi informasiya və rabitə, 0,41 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,27 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,23 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,15 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

2022-ci ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 606,3 manat, həmçinin dövlət sektorunda 659,2 manat, qeyri-dövlət sektorunda 519,2 manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən şəhər üzrə 12,9 faiz, dövlət sektoru üzrə 17,8 faiz, qeyri-dövlət sektoru üzrə isə 3,9 faiz artmışdır.

İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisindən yüksək olmuş, emal bölməsində 649,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 786,3 manat, maliyyə və sığortada 1296,5 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1337,3 manat, peşə, elmi və texniki fəaliyyətdə 616,9 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 928,1 manat, təhsildə 629,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 657,2 manat təşkil etmişdir.

12.08.2022 18:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ