Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2022-ci ilin birinci yarısında Gəncənin əhalisi 504 nəfər artıb - DEMOQRAFİK GÖSTƏRİCİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
2022-ci ilin birinci yarısında Gəncənin əhalisi 504 nəfər artıb - DEMOQRAFİK GÖSTƏRİCİLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncə şəhərinin demoqrafik göstəriciləri açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ərazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci  ilin yanvar-iyun ayları ərzində 504 nəfər artaraq 1 iyul 2022-ci il vəziyyətinə 336 min 298 nəfərə çatmışdır. Əhalinin 153 min 9 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 289 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 184 nəfər) kişilərdən, 51,2 faizi (172 min 114 nəfər) isə qadınlardan ibarətdir. 

Reklam_3_11

2022-ci ilin yanvar-iyun aylarında şəhərdə 1530 körpə doğulmuşdur. Doğulanların 843 nəfərini oğlanlar, 687 nəfərini qızlar təşkil edir.

2022-ci ilin 6 ayında 1131 ölüm halı qeydə alınmışdır.

2022-ci ilin yanvar-iyun aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 790 nikaha daxilolma və 285 boşanma halları qeydə alınmışdır.

2022-ci ilin yanvar-iyun ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 244 nəfər gələn, şəhərdən 139 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 105 nəfər təşkil etmişdir.

Gəncə Şəhərində yeni  yaradılmış iş yerləri 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.

Gəncə şəhərində 2022-ci ilin birinci yarısında hüquqi şəxslər tərəfindən 491 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərinin 21,18 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,60 faizi mövcud müəssisə və təşkilatlarda, 1,22 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılmışdır.

Bu ilin birinci yarısında yeni yaradılmış 1405 fərdi sahibkarlıq subyekti qeydə alınmışdır.

13.08.2022 08:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ